Rusiya Belarusa 1,5 milyard dollar kredit ayırır
    • 14-09-2020, 17:25
    • 749

Rusiya Belarusa 1,5 milyard dollar kredit ayırır

Rusiya Belarusa 1,5 milyard dollar məbləğində dövlət krediti verəcək.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib. 

V.Putin, Rusiyanın Baş naziri Mixail Mişustinin bundan əvvəl Minskdə iki ölkə arasında qarşılıqlı əlaqələrin bütün sahələri, o cümlədən maliyyə sahəsində uğurlu danışıqlar apardığını qeyd edib:"Rusiyanın bu çətin anda Belarusa 1,5 milyard dollar həcmində dövlət krediti verəcəyi barədə razılığa gəldik və bunu həyata keçirəcəyik. İndi məlum olduğu kimi, maliyyə nazirlərimiz bununla əlaqədar peşəkar səviyyədə işləyirlər".