Araz Abdullayev Türkiyə klubu ilə anlaşdı
    • 14-09-2020, 18:40
    • 668

Araz Abdullayev Türkiyə klubu ilə anlaşdı

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.

News24.az "Ajanspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/2020 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb.