Bakı sakinindən odlu silah götürülüb
    • 15-09-2020, 14:13
    • 698

Bakı sakinindən odlu silah götürülüb

Paytaxt sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.