Niyaməddin Orduxanlının qardaşı oğlu saxlanıldı -DTX
    • 21-03-2020, 18:17
    • 1 130

Niyaməddin Orduxanlının qardaşı oğlu saxlanıldı -DTX

Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.

News24.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Demokrat.az-ın məlumatına görə,  əməliyyat zamanı tutulan Novruz Orduxanlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qardaşı oğludur.