Bakıda 6 aylıq körpə koronavirusdan ölüb? - Açıqlama
    • 16-09-2020, 16:21
    • 685

Bakıda 6 aylıq körpə koronavirusdan ölüb? - Açıqlama

Bakıdakı xəstəxanalardan birində körpə ölüb. “Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb. Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.

TƏBİB-dən bildirilib ki, körpədən koronavirusa görə analiz götürülüb: “Körpəyə III-IV dərəcəli ağciyər, ürək çatışmazlığı diaqnozu qoyulub. Uşaqda COVID-19 analizinin nəticəsi neqativ çıxıb”. /qafqazinfo.az/