Xələf Xələfov:
    • 16-09-2020, 18:25
    • 851

Xələf Xələfov: "Ermənistan müstəqil deyil"

"Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatı təxribat xarakterli bəyanat kimi qiymətləndiriməlidir".

News24.az
APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışında deyib.

Nazir müavini bildirib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır: “Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mantsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür".

Nazir müavini Xələfov bildirib ki, Ermənistan təcavüzkar ölkə olaraq Azərbaycan torpaqlarını işğal edib və bu ölkə hər zaman sülh danışıqlarında substantiv addımların atılması tələb olunanda təxribat və hücumlar edir, sülh üçün münbit şəraiti pozur: "Ermənistanın siyasəti qonşulara qarşı ərazi iddialarına əsaslanan təcavüzkar siyasətdir. Onlar Gürcüstana, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər".

Xələf Xələfov deyib ki, Ermənistan rəsmilərinin bu cür bəyanatlarına  qulaq asan ölkələr bu ölkənin təcavüzkar olduğunu  yaxşı bilir. O qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq xarici siyasətdə nüfuzu yüksəkdir: "Ermənistan müstəqil deyil, digər üçüncü ölkələrin maraq və xarici siyasət alətidir. Ermənistan ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar edir.

"Azərbaycan öz torpaqlarını azad edəcək. Bizi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına, bir qarış torpağımızın  lhaq olunmasına imkan vermərik.  Bu sadəcə Ermənistanın xülyasıdır, onlar xəyali prioritetlər qururlar".

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan hərbi təhlükəsizlik siyasətini gücləndirib, müdafiə qabiliyyətini inkişaf etdirib və bütün bunların məntiqi nəticəsinə nail olacaq.