Şəhid olan çavuş tovuzludur, 3 övladı var
    • 21-09-2020, 13:12
    • 522

Şəhid olan çavuş tovuzludur, 3 övladı var

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

News24.az xəbər verir ki, o, ailəlidir və 3 övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin! /Report.az/