Şəhid hərbçimiz izdihamla qarşılandı - VİDEO
    • 21-09-2020, 15:27
    • 775

Şəhid hərbçimiz izdihamla qarşılandı - VİDEO

Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. 

News24.az xəbər verir ki, şəhidin nəşi artıq doğulduğu Tovuz rayonun Qaziqulu kəndinə gətirilib. Şəhid kiçik çavuş izdihamla qarşılanıb.

Hazırda şəhidlə vida mərasimi keçirilir.