Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini TERRORLA TƏHDİD EDİB
    • 22-09-2020, 14:19
    • 624

Ermənilər Qarabağın azərbaycanlı icmasının sədrini TERRORLA TƏHDİD EDİB

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev yenidən erməni terrorçularının təhdidinə məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə T.Gəncəliyev özü bildirib.

"Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər. "Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - icma sədri əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bundan əvvəl də erməni terrorçularının təhdidinə məruz qalıb.