-
- 23-09-2020, 15:06
- 607
Mövsümün ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb
2019/20 mövsümünün ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb.
News24.az xəbər verir ki, UEFA hər il təqdim etdiyi mükafata üç namizədin adlarını müəyyənləşdirib.
Hər üç mütəxəssis Almaniya təmsilçisidir. Yurgen Klopp “Liverpul”la İngiltərə çempionu olubsa, Hans Flik “Bavariya” ilə həm Almaniyada, həm Çempionlar Liqasında ən yaxşı adına yiyələnib. Yulian Naqelsman da gənc olmasına baxmayaraq, “Leypsiq”i Bundesliqanın liderləri sırasına çıxarıb.
Qadın komandaların baş məşqçiləri arasında isə Luis Kortes (“Barselona”), Stefan Lerş (“Volfsburq”) və Jan-Lük Vassor (“Lion”) bu ada iddia edir.
Qeyd edək ki, mükafatın sahibi oktyabrın 1-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında açıqlanacaq. /Apasport/