Elnarə həyat yoldaşına mahnı həsr ETDİ - VİDEO
    • 24-09-2020, 17:55
    • 995

Elnarə həyat yoldaşına mahnı həsr ETDİ - VİDEO

Müğənni Elnarə Xəlilova yeni mahnısı və klipini təqdim edib.

News24.az xəbər verir ki, "Ruh Əkizi" adlanan yeni yaradıcı işin musiqisi Rəşad Bağırov, sözləri Cavid Əhmədov, aranjemanı Rəşad Bağırova məxsusdur. Klipin rejissoru Bəhruz Qurbanlı, prodüseri PRoMete, icracı prodüseri Faiq Abdullayevdir. Müğənni "Ruh Əkizi" mahnısını həyat yoldaşı ilə tanışlığının 20 illiyinə həsr edib. Klipdə onların toyundan olan görüntülər yer alıb. Çəkilişlər “CinemaPlus” kinoteatrında aparılıb.

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların 4 övladı var.

Sevda Bayramova