-
- 9-10-2018, 18:30
- 1 831
2 ton bal satan, xərçəngi balla müalicə edən qadın - REPORTAJ/FOTO
Dünən Bakıda açılışı hava şəraiti ilə əlaqədar olaraq təxirə salınmış arıçılıq məhsullarının respublika üzrə 19-cu sərgi-satış yarmarkası nəhayət ki, açıldı. Sərgi "Gənclik" metrostansiyasında, Tofiq Bəhrəmov adına stadionun girişində hazırlanan pavilyonda təşkil olunub. Yarmarkada müxtəlif bölgələrdən olan 336 arıçı hazırladıqları məhsullarını nümayiş etdirir.
Yarmarkanın açılışdan öncə keçirilən mətbuat konfrasında verilən məlumata görə, bu dəfə yarmarkada 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm balı, 850 kq çiçək tozu, 35 kq arı südü satışa çıxarılıb. Ötən il ilə müqayisədə bu il məhsul kifayət qədər yaxşı olub.
Məhsulun bol olması qiymətlərə necə təsir edib? İnsanlar təmiz bal almaq üçün nə qədər xərc çəkməlidirlər?
Biz də bu suallara cavab tapmaq, arıların min bir dərdə dəva məhsulları ilə tanış olmaq, həm də bal almaq üçün yollandıq yarmarkaya. Pavilyonun girişində gözə dəyən tək-tük arılar sanki insanı öz sahibinin qərarlaşdığı yerə aparmağa çalışırdı. Hər birinə yaxınlaşa bilməsək də, 4-cü sıradan başladıq arıçılarla söhbətləşməyə.
“Balın dadına bax e, al demirəm, qiymət ver”
Masallı rayonundan olan arıçı deyir ki, arıçılıqla ailəlikcə məşğul olurlar: "Uşaqlıqdan bu işlə məşğulam. Bu işə atam sayəsində maraq saldım. Səhər saatlarından burdayıq amma yarmarkada arıçılardan çox, bal satanlar var. İmkan vermirlər ki, alıcılar balın dadına baxıb seçim eləsin. Müştəri içəri girəndə arıçı yerində olmalıdır, müştəri gəlib özü onu seçməlidir. Qiymət standart olaraq 20-25 manat müəyyənləşdirilib”.
Arıçı deyir ki, bu il yarmarkaya 230 kq bal gətirib:
“Çiçək balını 25, meşə balını 30 manat satırıq. Üç kiloqramlıq balonlarda 90 manata təklif edirik. 12 ildir yarmarkaya bal gətirirəm və özümün daimi müştərilərim var. Onlar həmişə məndən 15-20 kiloqram bal alır. Müxtəlif dağ çiçəklərindən hazırlanmış balları, yalaq balı 25 manat, arı çiçəklərinin balı isə 20 manatdan başlayan qiymətlərlə satışa qoymuşuq. Qiymətin dəyişməsi balın tərkibindən və həcmindən asılıdır”.
Əvvəla, nəzərə çatdıraq ki, satış pavilyonunda yerlər iqtisadi rayonlar üzrə püşkatma yolu ilə təyin olunub. 4-cü sırada daha çox İsmayıllı, Lənkəran, Masallı, Lerikdən gələn arıçılar gözə dəyirdi. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, bu il ən çox arıçılar Lənkəran bölgəsindən olub. Bu bölgəni yarmarkada müxtəlif kəndlərindən 106 arıçı təmsil edib. İsmayıllıdan olan arıçılar aktivlikləri ilə seçilirdi. Təmiz balı elə təsvir edirdilər ki, onların sırasına yaxınlaşmamaq günah olardı.
“Bal balalarım gəlsin, bal yesin”
54 yaşlı arıçı xanım bizi səsləyir. Yaxınlaşırıq. Birinci iş plastik qaşıqlarla balın dadına baxmaqdır. Deyir ki, bal boğazını yandırdısa təmizdir, yandırmadısa yox:
“Keçən il 2 tona yaxın bal satmışdım. Bu ildə çalışıram ki, balların hamısı satılsın. Qiymətlər kifayət qədər münasibdir. Bir neçə saatdır başlamışıq, amma alver pis getmir. 300 kq süzülmüş bal gətirmişəm, arı südündən hazırlanan məhsullarımız da var. Düşünürəm ki, satış yaxşı olacaq”.
Sıranı dəyişib daha irəliyə getdik. Ballar başqa şirin, arıçılar da bir başqa. Aşağı-yuxarı arıçıların yarmarkaya gətirdiyi balların ortalama miqarı eyni idi. Qiymətlərdə 20-25 AZN-dən başlayıb çəkisinə, növünə görə dəyişirdi.
Xüsusilə xarici ölkələrdən cins ana arılar gətirib burada yetişdirən arıçılar deyir ki, onlarla bizim arılar arasında fərq çoxdur. Füzuli rayonundan olan arıçı Telman Musayev deyir ki, xaricdən gətirilən arıların məhsuldarlığı çox olsa da, özlərini müdafiə edə bilmirlər: "Mühit fərqi bir çox manelər yaradır. Amma bizim bal arıları müdafiəni yaxşı bacarır, məhsuldarlığı nisbətən az olsa da, qənaətbəxşdir. Arıçıların düşmənı alverçilərdirsə, arıların da düşməni yapon eşşək arısıdır (bizdə it arısı - K.C.) ki, onlar bal arılarını tutub yeyirlər. Bu basqınların qarşısını almaq üçün çalışırıq ki, balları vaxtında toplayaq. Bal astma xəstələrinə, böyrək xəstəliklərinə, görmə zəifliyinə çox xeyirdir. Hətta xərçəng xəstəliyinin müalicəsində də bal çox effektivdir. Arı südündən üz baxımı üçün kremlər hazırlayırıq ki, bu da xanımların istifadə etdiyi bahalı kimyəvi qarışıq olan kremlərdən daha faydalıdır”.
Quba-Qusar, Şamaxı bölgəsindən olan arıçıların əksəriyyəti şabalıd balını tərifləyirdilər. Arıçılar şabalıd balını 40, may balını 35 manata satışa çıxarmışdılar:
“Şabalıd balı acı olsa da, çox xeyirlidir, ənənəvi balın dadından seçilir, amma qiyməti ondan da bahadır. Ötən il bu balı 35 manata satışa qoymuşduq. Arıları saxlamaq baha başa gəlir. Onlar tez xəstələnir deyə dərmanları vaxtında alınmalıdır. Çəkilən xərclər də təbii olaraq balın qiymətinə təsir edir”.
Balların çeşidlərini isə say-say bitməz. May balı, akasiya balı, çökə balı, meşə balı və s. Satış sərgisində ən böyük maraq isə arı südünə oldu. Belə ki, qram-qram yığılan məhsulun hazırlanması çox əziyyətlidir. Arıçıların sözlərinə görə, arı balalarını qidalandırmaq üçün süd ifraz edir. Südü də bala qarışdırıb satırlar. Təmiz arı südünün 1 qramı 70 manatdan başlayan qiymətlərlə satışa çıxarılmışdı.
Yarmarka olsa da burada “ikisini alana biri hədiyyə” sözünü eşitmədik. Arıçıların endirim etməyə maraqları yox idi. Alıcılara balların keyfiyyətini istədikləri kimi yoxlamağa şərait vardır. Yarmarkada bal yandıran kim, damağına vurub boğazının yanmasını gözləyən kim. Bütün bunlar isə təmiz balı keyfiyyətsiz baldan ayırd etməyin işarələridir.