-
- 19-09-2019, 16:28
- 1 438
Bakıda növbəti bal yarmarkası- YENİLİKLƏR VAR - VİDEO
28 sentyabr-18 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına məhsulların qəbulu davam edir.
News24.az-a verilən məlumata görə, Məhsulların qəbulu ATT-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında həyata keçirilir.
Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlamadan keçirilir. Yarmarkada iştirak etmək istəyən arıçıların qeydiyyatı isə 6-11 sentyabr tarixlərində ilk dəfə olaraq www.bal.kendden.az saytı vasitəsi ilə onlayn olaraq həyata keçirilib. 12 sentyabrda isə qeydiyyatdan keçmiş arıçılara sms-bildirişlər göndərilib və onların məhsullarını təqdim etməli olduqları tarix bildirilib. Qaydalara əsasən yarmarkaya hər bir arıçı 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.
Qeyd edək ki, bu il yarmarkanın fəaliyyətində bir sıra yeniliklər olacaq. Belə ki, hər bir məhsulun üzərində ştrix-kod olacaq ki, bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun kim tərəfindən satışa çıxarıldığını və hansı rayondan gətirildiyini öyrənə biləcəklər. Yarmarka günlərində isə paytaxt sakinləri üçün onlayn sifariş xidməti istifadəyə veriləcək.
Xatırladaq ki, yarmarkada iştirak üçün qeydiyyatdan keçən və müraciəti müsbət dəyərləndirilən arıçılar 24 sentyabr tarixinə qədər məhsullarını aidiyyatı üzrə təqdim etməlidirlər. Bu günə qədər məhsullarını təqdim edən arıçılar Cəmiyyət tərəfindən göstərilən xidmətdən razılıqlarını bildiriblər. Sonda isə məhsulların qəbul prosesinin təşkilini bir neçə arıçının özündən eşidək.