Ana qızına təcavüz olunduğunu dedi, ekspertiza bakirə olduğunu sübut etdi - VİDEO
    • 26-09-2020, 11:00
    • 481

Ana qızına təcavüz olunduğunu dedi, ekspertiza bakirə olduğunu sübut etdi - VİDEO

Ötən gün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan videogörüntü yayılıb.

Görüntülərdə Xızıyeva Zeynəb Sahan qızı 16 yaşlı qız övladının qohumu tərəfindən təcavüzə uğradığını bildirib. Həmçinin qeyd edib ki, məsələ ilə bağlı Xudat və Xaçmaz polis şöbələrinə şikayət etsə də məsələyə baxılmır. 

News24.az saytı yayılan görüntülərlə bağlı Baş Prokurorluğun mətbuay xidmətinə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq bildirilib ki, övladının təcavüzə uğradığını iddia edən valideyn polis bölməsinə dəvət olunub. Orada isə Z.Xızıyevaya qızının bakirəliyinə toxunulmadığı ilə bağlı həkim rəyinin olduğu sənəd verilib.