SON DƏQİQƏ: Bu ƏRAZİLƏR AZAD EDİLDİ
    • 27-09-2020, 14:13
    • 904

SON DƏQİQƏ: Bu ƏRAZİLƏR AZAD EDİLDİ

"Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib". 

News24.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. 

Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində olan hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri işğaldan azad edilib. 

Nazirlik rəsmisi qeyd edib ki, bundan əlavə Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb: "Döyüş əməliyyatı davam edir və mən sizi əmin edirəm ki, biz bundan sonra da sizi xoş xəbərlərlə sevindirəcəyik. Qələbə bizimlədir".