"Tamamilə yalandır" - Hikmət Hacıyev
    • 27-09-2020, 19:00
    • 508

"Tamamilə yalandır" - Hikmət Hacıyev

Prezidentin köməkçisi Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı brifinq keçirir. 

News24.az-ın verdiyi xəbərə görə, H.Hacıyev bildirib ki, sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycan sərhədində toqquşma baş verməsi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır:

"Azərbaycan Silahlı Qüvvələri yalnız işğal altında olan rayonların cəbhə xəttində hərbi əməliyyatlar həyata keçirir. Burada da məqsəd Azərbaycanın işğal altında olan ərazilərini işğaldan azad etməkdir".