-
- 27-09-2020, 19:12
- 593
Prezidentin köməkçisi: “Murov zirvəsi və ətraf yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusuna böyük strateji üstünlüklər verir”
“Cəbhənin Goranboy istiqamətində Murovdağ silsiləsindəki Murov zirvəsi azad olunub”.
Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.
Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə nəzərə çatdırıb ki, Murov zirvəsi ətrafındakı digər yüksəkliklər də azad edilib: “Bu da Azərbaycan Ordusuna böyük strateji üstünlüklər verir”.