İldırımdan necə qorunmalı?- VİDEO
    • 10-10-2018, 19:30
    • 721

İldırımdan necə qorunmalı?- VİDEO

Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Xüsusilə bu mövsümdə belə hallara tez-tez rast gəlinir. Bu isə ildırımvurma hallarından qorunmaq məsələsini aktuallaşdırır.

Bəs yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?

News24.az xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır.

FHN-nin hazırladığı videoçarxı sizə təqdim edirik: