Avstraliyadakı yanğın NƏZARƏT ALDINA ALINDI
    • 13-01-2020, 14:31
    • 834

Avstraliyadakı yanğın NƏZARƏT ALDINA ALINDI

Avstraliyada hava şəraitinin normallaşmasına görə Yeni Cənubi Uels silsiləsinin zirvələrindən birində baş verən böyük yanğın ocaqlarından biri nəzarət altına alınıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  Oktyabrın 26-da ildırımdan başlayan yanğın 512 min hektar ərazini yandırıb. 

Bazar günü ərazidə qeydə alınan yağış və temperaturun aşağı düşməsi yanğınsöndürənlərə vəziyyəti nəzarət altına almağa imkan verib.