Sami Yusuf Azərbaycan haqda:
    • 3-07-2019, 10:40
    • 1 312

Sami Yusuf Azərbaycan haqda: "Sağollaşmaq çətindir" - FOTO

Bakıya növbəti dəfə səfər edən məşhur müğənni Sami Yusuf Heydər Əliyev Mərkəzində baş tutan tədbir haqda fikirlərini bildirib.

News24.az xəbər verir ki, S.Yusuf Azərbaycanla sağollaşmağın çətin olduğunu qeyd edib: "Dünya İrs Komitəsinin 43-cü sessiyası üçün mahnı bəstələmək və Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində iştirak etmək mənim üçün şərəf idi. Ürəkdən inanıram ki, miras və ənənənəyə hörmət, yalnız özümüzü dərin mənada dərk etmək üçün deyil, həm də mənalı, davamlı və qarşılıqlı anlaşma yaratmaq üçün dərin bir vasitədir. Azərbaycan, çiçəklənməyə və inkişaf etməyə davam et. Sevgi və dualarımla..."