-
- 29-09-2020, 12:36
- 816
“Mülki əhalidən 10 nəfər həlak olub, 30 nəfər yaralanıb”
Azərbaycanın iki dövlət qurumu Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu zonalarda yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin həlak olması və yaralananların olması ilə bağlı brifinq keçirir.
News24.az-ın verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva, Baş Prokurorluğun İdarə rəisi Elnur Musayev və Mətbuat katibi Günay Səlimzadə bəyanatla çıxış edib.
L. Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb: "Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq mülki əhalini və mülki infrastrukturu bilərəkdən nişan alır və atəş açır. Bu günədək mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həlak olanlar arasında 10 və 13 yaşlı yeniyetmələr də var".