-
- 29-09-2020, 17:37
- 748
İmişlidə Qarabağ əlilləri və şəhid ailələrinə evlər verilib - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün İmişli rayonunda inşa edilən 10 fərdi yaşayış evi sahiblərinə təqdim olunub.
News24.az xəbər verir ki, İmişli rayonunun Cavadxanlı kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 24 saylı filialının müdiri Pərviz Əliyev və rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev iştirak ediblər.
Bildirilib ki, Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. İmişli rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 617 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.
Fərdi evlə təmin olunan müharibə əlili Ağayev Abuzər Mirqayıl oğlu da öz fikrini bölüşüb: “İnanırdım ki, bizim ailəmiz də evlə təmin olunacaq. Bu gün bu istəyimiz gerçəkləşdi və çox sevinirik. Müharibə əlillərinə, şəhid ailələrinə daim diqqətlə yanaşan Prezident cənab İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdaram”.