Ermənilərin Tərtərdə hədəf aldığı məktəb - Fotolar
    • 30-09-2020, 12:03
    • 548

Ermənilərin Tərtərdə hədəf aldığı məktəb - Fotolar

Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmən mərmilərindən biri də sentyabrın 27-də Qaraağacı kənd tam orta məktəbinin həyətinə düşüb. Nəticədə təhsil ocağına ciddi ziyan dəyib.

Qeyd edək ki, sözügedən məktəbdə 360 şagird təhsil alır. Hazırda vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən cəbhədəki məktəblərin dərs cədvəli dəyişdirilib. /Qafqazinfo/