Türkiyə Müdafiə Nazirliyi: Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də...
    • 30-09-2020, 13:51
    • 614

Türkiyə Müdafiə Nazirliyi: Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də...

Azərbaycan torpaqlarını işğal etmiş, Xocalıda soyqırım törətmiş Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında dinc sakinləri hədəf alır.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: “Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla insanları öldürərək Xocalıda soyqırım törətmiş, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız dinc sakinləri hədəf alır. Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də sülh və sabitliyin düşməni qismində hərəkət edir”.