Xəyyam Röya ilə küsdü, Rusiya toylarının qapısı Sevil-Sevincə açıldı
    • 10-10-2018, 15:03
    • 2 873

Xəyyam Röya ilə küsdü, Rusiya toylarının qapısı Sevil-Sevincə açıldı

Xəbər veridiyimiz kimi, əməkdar artist Röya Ayxan və həmkarı Xəyyam Nisanov küsülüdür. 

Bir neçə ay öncə tərəflər arasında yaranan incikliyə görə X.Nisanov Rusiyada təşkil etdiyi toylarda R.Ayxanın adını müğənnilər siyahısından çıxarıb. 

“Qafqazinfo” məsələ ilə bağlı əməkdar artistin prodüseri Vüsal Rzayevlə əlaqə saxlayıb.  O, Röyayla Xəyyam arasında incikliyin baş verdiyini təsdiqləyib:

“Xəyyam Nisanov Rusiyada baş tutacaq toy sahiblərinə mənim nömrəmi verib, onlar da əlaqə saxlayırlar. Xəyyam da bunu təsdiqləyə bilər. Ondan belə şey gözləmərəm ki, toy siyahısından Röyanın adını çıxartsın. Heç vaxt belə şey ola bilməz. Bir neçə gün bundan qabaq toyla bağlı yenə əlaqə saxlamışıq, dedi ki, nömrəmizi verib, zəng vuracaqlar. Həmin məclisi Xəyyam idarə edəcək.  Düzdü, arada inciklik var. Xəyyam elə insandır ki, dosta görə hər şeyi edər”. 

Xəyyam Nisanov da “Qafqazinfo”ya açıqlamasında mövzuya belə reaksiya verib.  Müğənni də R. Ayxanla küsülü olduğunu etiraf edib: 

“Gülməli bir məsələdir. Röyanın bizim qəlbimizdə öz yeri var, başqalarının da həmçinin! Heç kim heç kimin yerini tuta bilməz. Həm Bakı, həm də başqa yerlərdə tez-tez tədbirlərdə iştirak edirik. Demək olar ki, hər gün bir yerdə tədbirdəyik.  Küsülü olsaq da, uzun çəkməyəcək. İnsanın ürəyi təmiz olsun, qalanları boş şeylərdir”. 

13:44
Müğənni Xəyyam Nisanov məktəb yoldaşı olduğu əməkdar artist Röya Ayxanla küsüb.

News24.az-ın əldə etdiyi məlumata görə, Rusiyada yetəri qədər toyları olan və həmkarlarını da həmin məclislərə dəvət edən X.Nisanov, müğənni siyahısından Röya Ayxanı çıxarıb. Əvəzində isə həmin siyahıya Sevil-Sevinc Səfərovaları əlavə edib.

Qeyd edək ki, Röya Ayxan və Xəyyam Nisanov bir neçə aydır ki, bir-biri ilə danışırlar.

Hər zaman konsertlər üçün Moskvaya yollanan Sevil-Sevinc Səfərovalar, son zamanlar X.Nisanovun təşkil etdiyi toylarda səhnəyə çıxır.

Bunu Səfərovaların şəxsi instagram hesablarında etdiyi paylaşımlardan da görmək olar. Hətta ifaçılar Xəyyam Nisanovla birgə paylaşdıqları fotolardan birində “Müəllim, səninlə iş istirahətdir” sözlərini yazıb.

Teymur Məmmədov