TƏCİLİ MƏLUMAT: Ağdamın kəndləri atəşə tutulub, ÖLƏN VƏ YARALANANLAR VAR
    • 2-10-2020, 09:55
    • 583

TƏCİLİ MƏLUMAT: Ağdamın kəndləri atəşə tutulub, ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.