SON DƏQİQƏ! Tərtər yenidən bombalanır - 2 MÜLKİ ŞƏXS YARALANDI - FOTOLAR - YENİLƏNDİ
    • 2-10-2020, 11:36
    • 1 276

SON DƏQİQƏ! Tərtər yenidən bombalanır - 2 MÜLKİ ŞƏXS YARALANDI - FOTOLAR - YENİLƏNDİ

Tərtər rayonu yenidən düşmən tərəfindən hədəfə alınıb.

News24.az-ın Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, rayonun Balakəngərli kəndi düşmən Ermənistan ordusu tərəfindən bombalanır. 

Ağır artilleriya hücumu nəticəsində 2 mülki vətəndaşımız, Rəhimova Aybəniz Nizami qızı və Rəhimova Gülnarə Fabir qızı yaralanıb. 

Bildirilib ki, yaralan iki mülki şəxs Bərdə rayon Xəstəxanasına aparılıb. Qadınlardan biri başından, digəri isə ayağından qəlpə yarası alıb, həyati təhlükələri yoxdur. 

Müşfiq Abbasov
Fotolar: Fərid Şabanov 
Tərtər rayonu, Balakəngərli kəndi