-
- 10-10-2018, 15:00
- 532
Ekspertdən nazirliyə etiraz: “İşəgötürənin vergi və sosial yükünün artması ona gətirib ki…”
Son illərdə həya keçirilən tədbirlər ona aparır ki, işçiləri ilə əmək müqaviləsi bağlayan, ikili mühasibatlıq aparmayan sahibkar iflasa məhkumdur. Çünki o rəqabətdə kölgə fəaliyyəti ilə məğşul olan sahibkara uduzur”.
Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sosial şəbəkədə bildirib.
Ekspertin sözlərinə görə, işçilərlərinin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayan, bağladığı əmək müqavilələrində isə verilən əmək haqqını bəzən 4-5 dəfə az göstərən, ən yaxşı halda muzdlu işə cəlb etdiyi şəxslə mülki-hüquqi müqavilə bağlayan işəgötürənlər milyonlarla vəsaiti vergidən və sosial ödəmədən yayındırdığı halda vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü ilbəil artır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi bəzi tədbirlər isə yumuşaq desək vicdanlı sahibkarların xeyrinə deyil. Vicdanlı işəgötürənin vergi və sosial yükünün artması ona gətirib ki, ölkədə son illərlə məşğulluğun səviyyəsi artdığı halda muzdla işləyənlərin sayı 90-cı illərin səviyyəsində qalır. Rəqabətdə uduzan vicdanlı işəgötürən də məcbur olaraq tədricən kölgə iqtisadiyyatına meyillənir. Sahibkarların maraqlarını müdafiə edən təşkilatın adı var özü isə yoxdur. Ötən ildən işsizliyə görə sığorta fonduna toplanan 90 milyon manatı da işəgətürənlər ödəyir. Keçmiş nazirin bir sıra absurd ideyalarının indi həyata keçirilməsi planlaşdırılır. Əməyin mühafizəsi fondu kimi mənasiz bir strukturun yaradılması barədə keçmiş nazirin təşəbbüsünü indiki nazir diriltməyə başlayıb. Yəqin ki, bu fond üçün də vəsait vicdanlı işəgötürənlərin üzərinə düşəcək. Halbuki, Əmək Məcəlləsində ölü müddəa olan əməyin mühafizəsi fonduna dair maddələr 2011-ci ildə məcəllədən çıxarlmalı idi”.
Sahib Məmmədov bildirib ki, yaxın gələcəkdə tibbi sığortanın da vicdanlı işəgötürənin belinə yüklənməsi planlaşdırılır: “Nəticə isə açınacaqlıdır. Qeyri-rəsmi məşğulluqla mübarizənin nəticəsi o qədər də ciddi deyil. Muzdlu işçilərin sayı azalmaqda davam edir. Ümid edirəm ki, Vergilər Nazirinin dünən müşavirədə qaldıdğı problemlə bağlı tezliklə tədbirlər həyata keçirləcək”.