"Su götürmək üçün getmişdi, bomba düşdü və..." - Bombalanan Tərtərdən XÜSUSİ VİDEOREPORTAJ
    • 2-10-2020, 21:45
    • 704

"Su götürmək üçün getmişdi, bomba düşdü və..." - Bombalanan Tərtərdən XÜSUSİ VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün Tərtər rayonunun Balakəngərli kəndi düşmən tərəfindən bombalanıb.

Ağır artilleriya hücumu nəticəsində 2 mülki vətəndaşımız, Rəhimova Aybəniz Nizami qızı və Rəhimova Gülnarə Fabir qızı yaralanıb. 

Bildirilib ki, yaralan iki mülki şəxs Bərdə rayon Xəstəxanasına aparılıb. Qadınlardan biri başından, digəri isə ayağından qəlpə yarası alıb, həyati təhlükələri yoxdur. 

News24.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının ağır artilleriyanın atəşinə məruz qalan evdən hazırladığı xüsusi reportajı təqdim edirik: 

Müşfiq Abbasov
Video: Fərid Şabanov
Montaj:Adil Ağayev 
Tərtər rayonu, Balakəngərli