Heydər Əliyev Fondunun əməkdaşları Milli Orduya dəstək oldu
    • 3-10-2020, 12:15
    • 541

Heydər Əliyev Fondunun əməkdaşları Milli Orduya dəstək oldu

Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.  

News24.az xəbər verir ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.