Prezident 1-ci Ordu Korpusunun komandirini TƏBRİK ETDİ
    • 3-10-2020, 19:45
    • 490

Prezident 1-ci Ordu Korpusunun komandirini TƏBRİK ETDİ

Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

News24.az-ın məlumatına görə, Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.