Prezident İlham Əliyev sinqapurlu həmkarını TƏBRİK ETDİ
    • 8-08-2019, 18:18
    • 867

Prezident İlham Əliyev sinqapurlu həmkarını TƏBRİK ETDİ

Prezident İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".