Ermənistanın Gəncəyə hücumu barədə Baş Prokurorluq açıqlama yaydı
    • 4-10-2020, 11:54
    • 767

Ermənistanın Gəncəyə hücumu barədə Baş Prokurorluq açıqlama yaydı

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ağır artilleriya atəşinə tutulması barədə açıqlama yayıb.

News24.az açıqlamanı təqdim edir:

"Hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur".