Gəncədə yaralanan erməni qadın:
    • 4-10-2020, 18:50
    • 937

Gəncədə yaralanan erməni qadın: "Bizdən əl çəksinlər, torpağımızı boşaltsınlar" - VİDEO

Bu gün Ermənistan ərazisindən Gəncə şəhərinə atılan ağır artilleriya atəşi nəticəsində yaralanan mülki şəxslərdən biri olan erməni əsilli Nina Qriqoryan hadisə ilə bağlı danışıb.

News24.az xəbər verir ki, Gəncə xəstəxanasına yerləşdirilən N.Qriqoryan bildirib ki, Azərbaycan millətindən çox razıdır. O, ermənilərin etdiyi əməllərə qarşı olduğunu açıqlayıb:"Onlar bizdən nə istəyir axı? Onların öz torpaqları var. Orada da yaşasınlar. İstəyirəm ki, bizdən əl çəksinlər. Bizdə işləri olmasın. Torpağımızı boşaltsınlar".