Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsi MM-in sabahkı iclasının gündəliyinə SALINDI
    • 5-10-2020, 14:49
    • 730

Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsi MM-in sabahkı iclasının gündəliyinə SALINDI

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

News24.az APA-ya istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Madagiz kəndi erməni işğalçılarından azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Madagiz kəndinin Suqovuşan adlandırılmasına qərar verdiyini açıqlayıb.