"Düşmən “İsgəndər” raketlərindən istifadə edəcəyi halda adekvat tədbir görüləcək" - Zakir Həsənov
    • 6-10-2020, 15:16
    • 484

"Düşmən “İsgəndər” raketlərindən istifadə edəcəyi halda adekvat tədbir görüləcək" - Zakir Həsənov

"Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək". 

News24.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib. 

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.