-
- 27-09-2020, 14:53
- 691
Zakir Həsənov: "Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub"
"Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb. 7 kənd işğaldan azad olunub".
News24.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
"Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir, düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".
“Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks hücum həyata keçirir, düşmən böyük itki verərək geri çəkilib. Xüsusi qeyd etmək istəyirəm ki, ordumuzun zərbələri həm ön, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Ən müasir silahlar tətbiq olunur. Düşməndən güclü müqavimət görmürük” deyə, Zakir Həsənov qeyd edib.