Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
    • 6-10-2020, 19:41
    • 633

Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. 

Bu barədə News24.az-a “Azərsu” ASC-dən bildirilib. 

Qeyd olunub ki, qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür və yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.