DİQQƏT: Bakının bu rayonlarında içməli su fasilələrlə veriləcək
    • 31-07-2020, 11:30
    • 1 107

DİQQƏT: Bakının bu rayonlarında içməli su fasilələrlə veriləcək

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.
 
"Azərsu'" ASC-dən News24.az-a bildirilib ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.