Azərbaycan Prezidenti və birinci xanım Qubada səfərdədirlər
    • 11-10-2018, 12:25
    • 655

Azərbaycan Prezidenti və birinci xanım Qubada səfərdədirlər

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
 Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlət başçısına məlumat verib.