Cəbrayıl şəhərinin işğaldan azad olunan YENİ KƏNDLƏRİ - SİYAHI
    • 9-10-2020, 19:13
    • 1 394

Cəbrayıl şəhərinin işğaldan azad olunan YENİ KƏNDLƏRİ - SİYAHI

Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. Məlumatı ölkə prezidenti, ali baş komandan İlham Əliyev özünün rəsmi “Tvitter” səhifəsində yayıb.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa bugünkü müraciəti zamanı daha 7 kəndin işğaldan azad edildiyini açıqlayıb.

Cəbrayıl şəhərinin Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan yeni kəndləri bunlardır: "Balyand, Qaracallı, Doşulu, Quşçular, Süleymanlı, Qışlaq, Əfəndilər".