Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb - Hikmət Hacıyev
    • 11-10-2020, 09:49
    • 679

Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Hikmət Hacıyev yazıb: "Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın".