Hikmət Hacıyev Gəncədə - FOTO/VİDEO
    • 12-10-2020, 13:29
    • 961

Hikmət Hacıyev Gəncədə - FOTO/VİDEO

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri hazırda Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidədirlər.

News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər.

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

Teymur Məmmədov
Emin Qasımov
Gəncə