Prezident: “Qardaş Türkiyədən gələn dəstək bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır”
    • 12-10-2020, 16:19
    • 591

Prezident: “Qardaş Türkiyədən gələn dəstək bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır”

“Uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir: “Ona görə bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni çözək, tarixi ədaləti bərpa edək, öz torpaq bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var. Əlbəttə, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi birmənalı açıqlamalar, eyni zamanda digər yüksək vəzifəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistanla Azərbaycan arasında olan mübarizə, münaqişə daha da geniş coğrafiyaya yayıla bilərdi”.