-
- 13-10-2020, 16:26
- 496
Çavuşoğlu: “Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşüb nə edəcəyimizə qərar verməliyik”
“Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda atəşkəslə bağlı çağırışlarına anlayışla yanaşırıq. Heç kim müharibə istəməz”.
News24.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir.
“Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları xatırladılmalıdır. Əgər Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edilərsə, o zaman beynəlxalq ictimaiyyətin həqiqətən də münaqişənin həllində maraqlı olduğunu deyə bilərik. Amma təəssüf ki, bu çağırış edilmir. Qısacası, Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.