-
- 14-10-2020, 15:05
- 863
“Nilayın 6 gün sonra ad günü olacaq, hər gün ana-atasını istəyir”
Oktyabrın 11-nə keçən gecə işğalçı ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində 2 yaşlı Nilay Əliyeva da yetim qalıb. Həmin gecə qızın ata-anası Ermənistan silahlı qüvvələrinin atdığı raketlə dağılan evlərin dağıntıları altında qalıb. Nilayın atası Adil və nənəsi Afaq hadisə yerində vəfat edib, anası Günay isə 3 saat sonra dağıntılar altından çıxarılıb. Həkimlərin bütün səylərinə baxmayaraq hamilə olan qadının həyatını xilas etmək mümkün olmayıb.
Qafqazinfo xəbər verir ki, “Anadolu” agentliyinin müxbirləri dəfn günü Əliyevlərin yaxın qohumları ilə görüşüblər.
Uşağın xalası Rəna Quliyeva Nilayı sakitləşdirməyə çalışıb.
“Nilayın 6 gün sonra ad günü qeyd ediləcəkdi. Lakin indi yanında nə anası, nə də atası var. O mütəmadi ağlayır və valideynlərini istəyir. Sakitləşdirməyə çalışırq, deyirik ki, anan tezliklə gələcək...”.
Uşağın dayısı Əli Əhmədov bildirib ki, Nilay başqa bir otaqda yatdığı üçün ölümdən xilas olunub.