Elçin Əmirbəyov: "Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərinə lazımi reaksiyanı göstərmir"
    • 14-10-2020, 17:00
    • 552

Elçin Əmirbəyov: "Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərinə lazımi reaksiyanı göstərmir"

"Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər reaksiyası yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz”.

News24.az-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

O qeyd edib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır: “Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülhlə də olmasa, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”.