MN zərərsizləşdirdiyi raket komplekslərinin zərbə endirməyə hazırlıq anını nümayiş etdirib
    • 14-10-2020, 17:11
    • 529

MN zərərsizləşdirdiyi raket komplekslərinin zərbə endirməyə hazırlıq anını nümayiş etdirib

“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

News24.az-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bildirib.

 General-mayor İkram Əliyev deyib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib: “Oktyabrın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla, “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilərdisə, 300 km məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyatdan əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”.

 HHQ-nin Qərargah rəisi həmin raketlərin atışa hazırlandığı anın görüntülərini nümayiş etdirib.