Ermənilər bu dəfə Röyanın mahnısını OĞURLADILAR - VİDEO
    • 15-10-2020, 11:12
    • 1 317

Ermənilər bu dəfə Röyanın mahnısını OĞURLADILAR - VİDEO

Erməni müğənni Sargis Abrahamyan Xalq artisti Röya Ayxanın "Bəlkə də" mahnısını oğurlayıb.

News24.az xəbər verir ki, ifaçı "Youtube" kanalında yerləşdirdiyi ifasına "Heçel heçel" adını qoyub.

Qeyd edək ki, bəstənin musiqisi Pərviz Mahmudov, sözləri Leyli Erol İsrafilovaya məxsusdur. Xalq artistinin komandası və "Bəlkə də"nin söz yazar və bəstəkarı müəllif hüquqlarını qoruyaraq sözügedən klipi "Youtube" paylaşım platformasından sildirməyə nail olublar.

Sevda Bayramova