Sabahın hava proqnozu
    • 15-10-2020, 13:05
    • 656

Sabahın hava proqnozu

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb  küləyi əsəcək.  

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz təşkil edəcək.  

Oktyabrın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.